İsrail “Arrow 3” raketinin sınaqlarını təxirə salıb

2018/05/56345345_1525183290.jpg
Oxunub: 3085     22:32     01 May 2018    
İsrail Müdafiə Nazirliyi “Arrow 3” ballistik müdafiə raketinin ABŞ sınaqlarını təxirə salıb.

Ordu.az “Haaretz”ə istinadən xəbər verir ki, İsrail MN-in açıqlamasına görə, qərar ABŞ Müdafiə Nazirliyi ilə birlikdə qəbul edilib.

“Boeing”lə birlikdə hazırlanan raketin ilkin sınaqları 2015-ci ildə Aralıq dənizində edilib və 2017-ci ildə İsraildə istifadəyə verilib. Bundan sonra bu ilin yayında ABŞ-ın Alyaska yarımadasında raketin növbəti sınağının keçirilməsi planlaşdırılırdı. Lakin İsrail MN-in Pentaqonla birlikdə qəbuletdiyi qərara görə, sınağın müddəti qeyri-müəyyən müddətə təxirə salınıb.

İsrail Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunur ki, təxirə salmanın əsas səbəbi raketin sınağa hazırlığının maksimum səviyyəyə çatdırılması üçün vaxt qazanmaqdır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Arrow-3  


Bizi "telegram"da izləyin