İdlibdə terrorçular 40-dan çox əsiri azad edib

2018/05/234234]_1525165375.jpeg
Oxunub: 2052     17:01     01 May 2018    
Suriyanın İdlib vilayətində “Ən-Nüsra Cəbhəsi” terrorçuları 42 əsirdən ibarət qrupu azadlığa buraxıblar.

Ordu.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Məlumata görə, azad edilən əsirlərin böyük əksəriyyəti uşaqlar və qadınlar olub. Onlar Hələb vilayətinin cənubunda yelrəşən Əl-İss humanitar dəhlizinə göndərilərək burada Suriya ordusuna təhvil veriliblər.

Razılaşmanın şərtlərinə uyğun olaraq ümumilikdə 2014-cü ildən əsirlikdə olan 85 nəfər buraxılıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İdlib   Terror  


Bizi "telegram"da izləyin