Almaniya Müdafiə naziri hərbi büdcənin artırılmasını istəyir

2018/04/41878454_1525088476.jpg
Oxunub: 3620     19:39     30 Aprel 2018    
Almaniya Müdafiə naziri Ursula von der Leyen ölkənin müdafiə büdcəsinin 12 milyard avro (14,6 milyard dollar) artırılmasını istəyir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o bunun 2019-cu maliyyə ili üçün ayrılacaq büdcədə nəzərə alınmasını tələb edir.

Nazir bildirir ki, ordunun silah-sursatlarının ayrı-ayrı detallarındakı çatışmazlıq və nasazlıqlar, Almaniyanın sualtı gəmiləri, döyüş təyyarələri və digər açar silahların hazırlığını ciddi şəkildə zəiflədir. Buna görə də, orduya ayrılan vəsaitin artırılmasına ehtiyac var.

Qeyd edək ki, Soyuq Müharibədən sonra Almaniya öz müdafiə büdcəsində kəskin azaltmaya getsə də, 2014-cü ildə başlayan Ukrayna müharibəsindən sonra yenidən bu büdcənin artması müşahidə olunur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Müdafiə-Büdcəsi   Soyuq-Müharibə  


Bizi "telegram"da izləyin