Ordu.az CNN telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatından olan mənbələr məlumat ayıb.
Məlumata görə, şirkətlər ABŞ-a məlumatları may ayının sonlarından başlayaraq ilin sonunadək təqdim edəcək.
Şimali Koreyanın ərazisi heç də hər zaman yaxşı görünmür, çünki güclü buludluluq buna mane olur. Vaşinqtonun özəl şirkətlərə müraciət etməsi də hansısa mənada məhz bununla əlaqədardır.
Milli Geoməkan Kəşfiyyatı Agentliyinin direktoru Robert Kardillo hər gün Ağ Ev administrasiyasına KXDR-dəki vəziyyət barədə hesabat verdiyini açıqlayıb.
Ağalar Qəribov
Ordu.az