Yaponiya və ABŞ KXDR-ə maksimal təzyiq barədə razılığa gəlib

2018/04/23423Q4_1525073071.jpg
Oxunub: 4396     15:13     30 Aprel 2018    
Yaponiya və ABŞ KXDR-ə onun tam nüvəsizləşdirilməsinədək maksimal təzyiqi davam etdirmək barədə razılığa gəlib.

Ordu.az xəbər verir ki, bu barədə “Koydo” agentliyi məlumat yayıb.

Məlumata görə, bu barədə razılıq Amman danışıqları çəçivəsində Yaponiya xarici işlər naziri Taro Kono və onun amerikalı həmkarı Maykl Pompeo arasında əldə olunub.

Kono Yaponiyanın Koreyaarası danışıqları dəstəklədiyini, lakin Pxenyanın konkret addımlar atmasınadək KXDR-ə təzyiqin davam etdirilməsinin labüdlüyünü vurğulayıb. Pompeo da öz növbəsində yaponiyalı həmkarı ilə razılaşıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya-ABŞ   KXDR  


Bizi "telegram"da izləyin