Belarusda yüksək dəqiqlikli tank əleyhinə silah yaradılır

2018/04/1783_1525071000.jpg
Oxunub: 1788     14:43     30 Aprel 2018    
“BSVT-VV şirkətində hazırlanan 60 millimetrlik MM-60 qumbaraatan kompleksi prespektivliyi tank əleyhinə vasitədir”.

Ordu.az News.21.by saytına istinadən xəbər verir ki, bu barədə Balarus Dövlət Hərbi Sənaye Komitəsinin nümayəndəsi Vladimir Lavrenyuk bəyan edib.

“Yeni qumbaraatan müasir əsas döyüş tankları, zirehli maşınlar, yüngül zirehli və zirehsiz hədəflər, canlı qüvvə və fərqi müdafiə vasitələrinə qarşı mübarizə aparmaq üçün nəzərdə tutulub”, - deyə Lavrenyuk bildirib.

O qeyd edib ki, minaatanın kompleksinə nəqliyyat-atəş konteyneri, çoxməqsədli reaktiv qumbaara və atəş idarəetmə sistemi daxildir.

Bununla belə, Lavrenyuk silahın dəqiqliklə nə vaxt təqdim ediləcəyi və orduya təhvil veriləcəyini açıqlamayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   MM-60  


Bizi "telegram"da izləyin