Ordu.az xəbər verir ki, bu barədə ATO qərargahının mətbuat mərkəzi məlumat yayıb.
Məlumata görə, atəşkəsin separatçılar tərəfindən pozulması nəticəsində Ukrayna Silahlı Qüvvələrinin bir əsgəri yaralanıb, daha bir hərbi qulluqçusu döyüş yarası alıb.
Luqansk istiqamətində terrorçular 122 millimetrlik minaatanlar, iriçaplı pulemyotlar və BMP silahlanmalarından istifadə ediblər.
Donets istiqamətində isə 82 millimetrlik minaatan, qumbaraatan, iriçaplı pulemyot və atıcı silahlardan isifadə olunub.
Ağalar Qəribov
Ordu.az