Ordu.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Xaric İşlər Nazirliyi məlumat yayıb.
“Cənab Van İ Şimali Koreyadan olan həmkarı Li Yon Honun dəvəti üzrə KXDR-ə səfər edəcək. Nazirin Pxenyana səfəri mayın 2-dən 3-dək davam edəcək”, - deyə məlumatda qeyd olunur.
Səfər mayın sonları və ya iyunun əvvəlində keçirilməsi planlaşdırılan KXDR lideri Kim Çen In və ABŞ prezidenti Donald Trampın görüşü öncəsi baş tutacaq. Tərəflərin Koreya yarımadasının nüvəsizləşdirilməsi, o cümlədən Koreyaarası münasibətləri müzakirə edəcəyi gözlənilir.
Ağalar Qəribov
Ordu.az