Trampın köməkçisi: “ABŞ KXDR-ə güzəştə getməyəcək”

2018/04/1769_1525065152.jpg
Oxunub: 2844     13:09     30 Aprel 2018    
“KXDR öz ərazisindən nüvə silahlarını çıxaranadək ABŞ Pxenyana heç bir güzəştə getməyəcək”.

Ordu.az “Fox News” telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton bəyan edib.

“Biz bir çox məsələlərdə 2003-2004-cü illərin Liviya modelinə istinad edirik. Təbii ki, fərqlər var: Liviya modeli daha böyükmiqyaslı idi”, - deyə Bolton bildirib.

O qeyd edib ki, Tramp və Kim Çen Inın görüşü barədə məsələ yaxın zamanlarda öz həllini tapacaq, çünki Amerika tərəfi Kim Çen Inın nüvə-raket proqramından imtina niyyətinin səmimiliyinə inanır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KXDR   Con-Bolton  


Bizi "telegram"da izləyin