Mettis koreyalı həmkarı ilə nüvəsizləşməni müzakirə edib

2018/04/regnum_picture_150927092132990_big_1524940691.jpg
Oxunub: 1796     02:43     29 Aprel 2018    
Pentaqon rəhbəri Ceyms Mettis Cənubi Koreya müdafiə naziri Son Yon Mu ilə görüşüb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Məlumata görə, görüş çərçivəsində tərəflər Koreya yarımadasının nüvəsizləşdirilməsi, həmçinin KXDR və Cənubi Koreya liderlərinin nəticələrini müzakirə ediblər.

O cümlədən Mettis ABŞ-ın Koreya yarımadasının nüvəsizləşdirilməsi üçün cəhdlər konkret addımlar atmaq siyasətinə sadiq qaldığını bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KXDR   Ceyms-Mettis  


Bizi "telegram"da izləyin