Rusiya hərbi polisi Şərqi Kalamunda nəzarətə başlayıb

2018/04/345345_1524902925.jpg
Oxunub: 3990     16:07     28 Aprel 2018    
Rusiya hərbi polisinin bölmələri Suriya hərbçiləri ilə birlikdə Şərqi Kalamun ərazisində nəzarətə başlayıblar.

Ordu.az NTV elekanalına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hərbi polis əməkdaşları dövlət müəssisləri, xəstəxana və məktəbləri qoruyur, Ruheybə və Ceyrut şəhərlərdəki humanitar vəziyyət və ictimai nizam-intizama nəzarət edirlər.

Qeyd edək ki, hələ bir neçə gün öncəyədək bu ərazilərə 9 müxtəlif terror qruplaşması nəzarət həyata keçirirdi, yerli sakinlərə isə ərazini tərk etmək qadağan olunmuşdu.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Şərqi-Kalamun  


Bizi "telegram"da izləyin