Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.
“Tərəflər görüşdə Suriyada vəziyyətin inkişafı üzrə birgə addımları, BMT Təhlükəsizlik Şurasının 2254-cü qətnaməsinin həlli və Soçidə keçirilən Suriya Milli Dialoq Konqresini müzakirə edəcəklər”, - deyə Zaxarova bildirib.
O qeyd edib ki, Astana formatında Suriya üzrə növbəti danışıqlar mayın ortalarda keçirilə bilər.
Ağalar Qəribov
Ordu.az