“Cənubi Koreyada yerləşdirilmiş 28 minə qədər əsgərin çıxarılması ABŞ və Şimali Koreya arasında baş tutması gözlənilən gələcək danışıqlarda müzakirə oluna bilər”.
Ordu.az RT-yə istinadən xəbər verir ki, bu barədə Koreyalararası sammitlə bağlı danışan ABŞ Müdafiə naziri Ceyms Mettis bəyan edib.
O bildirib ki, belə bir məsələ öncə ABŞ-ın müttəfiqləri ilə danışılacaq və yalnız bundan sonra Şimali Koreya ilə müzakirə edilə bilər.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
ABŞ
Cənubi-Koreya-ABŞ
Mettis