Dövlət Departamenti: Pompeo italiyalı həmkarı ilə təhlükəsizliyi müzakirə edib

2018/04/1740_1524892822.jpg
Oxunub: 3054     13:20     28 Aprel 2018    
“ABŞ dövlət katibi Maykl Pompeo bu gün Brüsseldə İtaliya xarici işlər naziri Ancelino Alfano ilə regional təhlükəsizlik problemlərinə qarşılıqlı təsir məsələlərini müzakirə edib”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Hezer Nauert bəyan edib.

“Belə problemləri Rusiyanın Avropada təsir dairəsini artırmağa çalışması, NATO-nun cənub cinahındakı təhdidlər, İranın Yaxın Şərqdəki fəaliyyətlər aiddir”, - deyə Nauert bildirib.

O qeyd edib ki, Pompeo və Alfano NATO-nun digər üzvləri ilə Avroapda təhlükəsizliyin möhkəmləndirilməsi üzrə əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Maykl-Pompeo   NATO   Ancelo-Alfano  


Bizi "telegram"da izləyin