ABŞ-ın növbəti müdafiə büdcəsi kiber sahə ilə bağlı nələri ehtiva edəcək

2018/04/received_2527163857509767_1524842479.jpeg
Oxunub: 2822     23:22     27 Aprel 2018    
Növbəti müdafiə büdcəsi Pentaqonun kiber təhdidlərlə bağlı hökumətin digər qurumları ilə əməkdaşlığını nizamlamağı hədəfləyən bir sıra yeni kiber məsələlərə toxuna bilər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ Konqresinin Silahlı Xidmətlər komitəsinin 2019-cı il Milli Müdafiə Qanunu ilə bağlı yaydığı açıqlamada kiber imkanlarının gücləndirilməsi və əhəmiyyətli infrastrukturların kibertəhlükəsizliyinin möhkəmləndirilməsinə fokuslanmaq tövsiyyə olunub.

Buna görə də, növbəti il üçün müdafiə büdcəsində əhəmiyyətli infrastrukturların müdafiəsi üçün hökumət səylərinin artırılması və bu baxımdan texniki personalının əlavələrə prqoramlara məruz qalması gözlənilir.

Bundan başqa Pentaqonun laboratoriyaları innovasiya mərkəzləri, Strateji İmkanlar İdarəsi və DARPA ilə daha yaxın əməkdaşlıq saxlayacaq. Həmçinin ABŞ Kiber Komandanlığı Müdafiə İnformasiya Sistemləri Agentliyinin mühafizəsini öz üzərinə götürəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DARPA   ABŞ   Kiber  


Bizi "telegram"da izləyin