Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq bəyan edib.
“S-400-lərə gəlincə, bu, istənilən NATO ölkəsinin müstəqil milli qərarıdır. Lakin NATO üçün vacib olan daha bir məsələ alınan sistemlərin NATO sistemlərinə inteqrasiyasıdır”, - deyə Stoltenberq bildirib
O qeyd edib ki, ABŞ tərəfindən Türkiyənin S-400-lərin alınacağı halda tətbiq ediləcək sanksiyalar Türkiyə tərəfi maraqlandıran əsas sual olub və onlar bu mövzuda məhsuldar söhbər həyata keçiriblər.
Ağalar Qəribov
Ordu.az