Rusiya və Belarus hərbçiləri “İttifaq qalxanı – 2019” təlimlərinə hazırlaşırlar

2018/04/345345_1524816843.jpg
Oxunub: 3089     16:12     27 Aprel 2018    
“Rusiya və Belarus hərbçiləri “İttifaq qalxanı – 2019” birgə operativ təlimlərinə hazırlığa başlayıblar”.

Ordu.az “Belarus hərbi qəzeti” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Qərb Hərbi Dairəsi qoşunlarının komandanı, general-polkovnik Andrey Partapolov bəyan edib.

“Artıq hazırlıq məqsədilə keçirilən konfransda detallı şəkildə “Qərb-2017” təlimlərinin nəticələri analiz edilib. Bu, xüsusilə Qərb Hərbi Dairəsi və Belarus hərbçiləri arasında artıq yeni təlimlərə hazırlığın başladığını nəzərə aldıqda böyük əhəmiyyət kəsb edir”, - deyə Kartapolov bildirib.

O qeyd edib ki, ölkələrin əməkdaşlığının yüksək səviyyəsi İttifaq dövlətlərinin müdafiə potensialını daha da gücləndirəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-Belarus   Təlimlər  


Bizi "telegram"da izləyin