Ordu.az xəbər verir ki, bu barədə ATO qərargahının mətbuat mərkəzi məlumat yayıb.
Məlumata görə, separatçılar ötən gün ərzində atəşkəsi müxtəlif istiqamətlərdən 69 dəfə pozub. Nəticədə Ukrayna ordusunun 9 əsgəri yaralanıb, daha 2 əsgər isə döyüş zədəsi alıb.
Separatçılar Donets istiqamətində 122 millimetrlik artilleriya, 120 və 82 millimetrlik minaatan və qumbaraatandan istifadə ediblər.
Luqansk istiqamətində isə 120 və 82 millimetrlik minaatan, qumbaraatan və iriçaplı pulemyotlardan istifadə olunub.
Ağalar Qəribov
Ordu.az