Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriyadan olan kəşfiyyat mənbələri məlumat yayıb.
Məlumata görə, Xümsdən qərbdə yerləşən ordu anbarlarının raket zərbələrinə məruz qalması nəticəsində 6 şəxs yaralanıb.
Həmçinin daha üç nəfərin Xüms şəhərində mülki infrastrukturun atəşə tutulması nəticəsində yaralandığı qeyd olunur.
Bir sıra digər kəşfiyyat mənbələrinin məlumatlarına görə isə Xüms şəhərinin atəşə tutulması nəticəsində bir neçə dinc sakin həyatını itirib.
Ağalar Qəribov
Ordu.az