Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, İran XİN bu hücumun istənməyən regional nəticələrə yol açacağını bildirib.
XİN-in yaydığı bəyanatda hücumun Suriyada terrorizmin məğlub edilməsindən dolayı həyata keçirildiyi qeyd olunub.
Həmçinin, o, hücumun regionda stabillik və sülhə zərbə olduğunu, ekstremizmi şiddətləndirəcəyini vurğulayıb və dünya dövlətləri, beynəlxalq təşkilatları bu hücumu qınamağa səsləyib.
Ağalar Ağalarlı
Ordu.az