Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Ceyms Mettis bəyan edib.
“Bu dəfə endirilən zərbələr ötən dəfə Xan-Şeyxunda kimyəvi silah istifadəsinə görə endirilən zərbələrlə müqayisədə daha güclü oldu”, - deyə Mettis bildirib.
O qeyd edib ki, Suriyaya zərbələr endirərkən nəzərə alınan əsas amil vurulan obyektlərin məhv edilməsi nəticəsində kimyəvi silah istehsalının aşağı salınmasıdır.
Ağalar Qəribov
Ordu.az