Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Müdafiə Nazirliyi “Armiya-2018” beynəlxalq hərbi-texniki sərgisinin keçirildiyi “Patriot” sərgi mərkəzi, Kubinka aerodromu və “Alabino” poliqonunda 600-ə yaxın silah, hərbi və xüsusi texnika nümayiş etdirəcək”, - deyə məlumatda bildirilir.
Həmçinin Kubinka aerodromunda 26 ədəd aviasiya texnikasının nümayiş etdiriləcəyi nəzərdə tutulub.
Qeyd edək ki, “Armiya-2018” təlimi bu ilin 21-26 avqust tarixlərində baş tutacaq.
Ağalar Qəribov
Ordu.az