İşğalçı ordunun zabiti silahını satıb

2018/04/received_2515481672011319_1523382691.jpeg
Oxunub: 3025     01:49     11 Aprel 2018    
Qarabağda erməni tabor komandirinin müavini silahını satıb.

Ordu.az xəbər verir ki, işğal altında olan Ağdərə yaşayış məntəqəsində yerləşdirilən düşmən ordusunun bölmələrindən birində tabor komandirinin müavini vəzifəsində xidmət edən erməni zabiti Artur Balayan naməlum şəraitdə avtomatını itirdiyini bildirib.

İlkin araşdırmaya əsasən məlum olub ki, zabit yığılan borcunu ödəmək məqsədilə silahını satıb.

Hazırda faktla bağlı cinayət işi açılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   ermən-zabit  


Bizi "telegram"da izləyin