Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə narazılığını bildirən ölən erməni əsgərin atası Qaruş Qriqoryan məlumat verib.
Onun sözlərinə görə, hüquqlarını müdafiə edən vəkil hər dəfə məhkəmə iclasına gedərkən, iclasın təxirə salındığını bildirib.
"Sonuncu dəfə məhkəmə iclasına gedərkən 13 mart tarixli məhkəmənin qərarını vəkilə təqdim ediblər. Bu onu göstərir ki, apelyasiya məhkəməsinə müraciət etmək üçün cəmi 2 gün vaxt qalıb. Belə qanunsuzluq etmək olar?!", - deyə ölən erməni əsgərin atası narazılığını ifadə edib.
Erməni hərbi qulluqçusunu döyən və təhqir edən taqım komandiri, Varujan Balayan isə məhkəmənin qərarı ilə 7 il azadlıqdan mərhum edilib.
Xatırladaq ki, 2016-ci ilin iyunun 17-də, saat 10:45 radələrində, işğal altında olan Qarabağın cənub-şərq istiqamətində yerləşən qanunsuz hərbi hissələrdən birinin idman ərazisində naməlum səbəbdən açılan atəş nəticəsində Hrant Qriqoryan ölüb.
Alpər Mövludoğlu
Ordu.az