Ermənistanın yeni prezidentindən ilk təxribatçı AÇIQLAMA

2018/04/10757866456_1523269828.jpg
Oxunub: 2753     18:28     09 Aprel 2018    
"Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasının ilk zəmanəti qüdrətli Ermənistan və güclü Qarabağdır".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın yeni prezidenti Armen Sarkisyan Ermənistan parlamentinin İdman və Konsert Kompleksində keçirilən xüsusi iclasında təntənəli mərasimdən sonra çıxışında deyib.

O, sələfindən heç də geri qalmayaraq təxribatçı açıqlamalar verib və Qarabağ münaqişəsində güzəştsiz mövqe tutacaqlarını bildirib.

"Bu gün Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həlli ölkəmiz və bütün xalqımız üçün vacib olaraq qalır. Bunun ilk zəmanəti qüdrətli Ermənistan və güclü Qarabağın olmasıdır. Hər birimizin bu güzəştsiz və ədalətli mübarizədə rolu vacibdir", - deyə o, təxribatçı açıqlama verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Armen-Sarkisyan   Qarabağ  


Bizi "telegram"da izləyin