Ordu.az xəbər verir ki, silahla davranma qaydalarının pozulması səbəbindən avtomatdan açılan atəş nəticəsində erməni əsgərin ayaq barmağı qopub.
Hərbi hissənin zabiti Hovsepyanın tağşırığına əsasən, mayor Harut Petrosyan hərbi hospitalda əsgərlə görüşərək söhbət edib. Əsgərin dediyinə görə, növbədən qayıdıb silahı təmizləyərkən avtomatın darağını çıxarıb. Lakin silahın içində patron qaldığını yoxlamayan əsgərin səriştəsizliyi səbəbindən atəş açılıb və güllə ayaq barmağını qoparıb.
Erməni əsgər hospitala yerləşdirilib. Hadisə ictimaiyyətdən gizlədilib və əsgərin valideynlərinə xəbər verilməsini komandanlıq qadağan edib.
Ordu.az