Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2-6 aprel tarixlərində işğal altında olan Qarabağdakı qanunsuz hərbi hissələrinin komandirləri və müavinlərinin də cəlb olunduğu toplanışlar keçirilib.
Toplanışlar qanunsuz hərbi birləşmənin komandiri general-leytenant Levon Mnatsakanyanın birbaşa nəzarəti altında həyata keçirilib.
5 günlük komandir toplanışları qrup çalışması və seminar keçirilməsi kimi nümayişlərdən ibarət olub. Toplanış ərzində iştirakçılar müxtəlif nəzəri və praktiki məşğələlərə cəlb ediliblər. Məşğələ rəhbərləri mərkəzi aparatın şöbə və xidmət rəisləri, qanunsuz hərbi birləşmə komandirinin müavinlərindən ibarət olub.
Alpər Mövludoğlu
Ordu.az