Ordu.az xəbər verir ki, əlində qumbara partlayan hərbçinin adı və soyadı gizlədilsə də, partlayış nəticəsində çoxlu sayda qəlpə yaraları aldığı və əlinin biləkdən yuxarı amputasiya olunduğu məlum olub.
İşğalçı ordunun həmin hərbi hissəsində çavuş Artur Poqosyan da təhqirlərə məruz qoyduğu Aslanyan soyadlı hərbçi tərəfindən döyülüb. Vladimir Nersisyanı isə Edqar Mamikonyan döyüb. Vəhsicəsinə döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki hərbçi də tibb məntəqəsinə yerləşdirilib.
Hər 3 hadisə ictimaiyyətdən gizlədilir. İstintaq orqanları tərəfindən araşdırma aparılır.
Ordu.az