Tramp imzaladı: ABŞ-Meksika sərhədinə qoşun yerləşdirilir

2018/04/48441_1522926605.jpg
Oxunub: 1613     18:59     05 Aprel 2018    
ABŞ prezidenti Donald Tramp ABŞ-ın Meksika ilə sərhəd xəttinə əsgərlərin yerləşdirilməsi ilə bağlı qərarı imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Daxili Təhlükəsizlik naziri Kirstjen Nielsen bildirib.

“Prezident Milli Qvardiyanın cənub-qərb sərhədlərimizə yerləşdirilməsini təmin etmək məqsədilə Müdafiə Nazirliyi və Daxili Təhlükəsizlik Nazirliyinə birlikdə işləməyi tapşırdı”, - deyə o qeyd edib.

O, nə qədər əsgərin yerləşdirilməsi və ya digər detallar barədə şərh verməkdən imtina edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Meksika   Tramp  


Bizi "telegram"da izləyin