Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının rəhbəri Deniel Kouts bəyan edib.
Kouts bu barədə jurnalistlərdən birinin ona Kim Çen Inın Çinə səfərinin altıtərəfli danışıqlara qiymətləndirilməsi barədə suala cavab verərkən bildirib.
“Hazırda bu barədə söhbətin gedə biləcəyi səviyyədə olduğumuzu düşünmürəm. Kim Çen In Çinə səfər edərək Si Tsinpinlə görüşdü, indi isə danışıqlar üçün Rusiyaya daha bir səfəri var”, - deyə Kouts vurğulayıb.
O qeyd edib ki, ABŞ-ın kəşfiyyat xidmətlərində bu səfərdə hansı məsələlərin müzakirə ediləcəyi ilə bağlı heç bir əsaslı fakt yoxdur.
Ağalar Qəribov
Ordu.az