Təxribatçı kapitanın anasından etiraz: "Hakimiyyət bizə diqqət göstərmir"

2018/04/Urfanyani_mayr_1_1522829977.jpg
Oxunub: 1471     16:17     04 Aprel 2018    
Ermənistanda daha bir aprel döyüşləri iştirakçısının ailəsi hakimiyyətdən narazıdır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aprel döyüşləri zamanı məhv edilən erməni kapitan Urfanyanın anası ona qarşı edilən münasibətdən narazıdır.

Məlumata görə, düşmənin bölük (4-cü bölük) komandiri kapitan Urfanyanın anası Hames Nersisyan erməni mətbuatına qısa müsahibəsində, hökumət tərəfindən onlara kifayət qədər diqqət yetirilmədiyini bildirib.

Apreldə Sarkisyan hakimiyyətinin boş yerə insanları ölümə göndərdiyini bildirən Nersisyan oğuna “milli qəhraman” adının verilməsini tələb edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aprel-döyüşləri   Ermənistan   Etiraz  


Bizi "telegram"da izləyin