Ermənistan müdafiə naziri Moskvaya gedib

2018/04/1353_1522821060.jpg
Oxunub: 1661     13:50     04 Aprel 2018    
Ermənistanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edəcək

Ordu.az News.am saytına istinadən xəbər verir ki, Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın başçılıq etdiyi nümayəndə heyəti 4-5 aprel tarixlərində Moskvada keçirilən 7-ci Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edəcək. Bu barədə Ermənistan Müdafiə Nazirliyindən məlumat verilib.

Konfransda Ermənistan müdafiə naziri Viqen Sarkisyanın çıxışları nəzərdə tutulub. Həmçinin müdafiə nazirinin xarici həmkarları ilə görüşləri planlaşdırılır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vigen-Sarkisyan   Təhlükəsizlik-Konfransı  


Bizi "telegram"da izləyin