Bu yazıda yaxın döyüşdə sizə birmənalı şəkildə qələbə gətirə biləcək konkret qərarlar təqdim edilməyəcək – artıq effektiv və təhlükəsiz onlarla yol, variant və texnika bənzər suallara cavab axtaranlar üçün yaxşı məlumdur. Bu məqalə (lastday.club saytının yazıları əsasında hazırlanıb) seriyasında əksər insanların diqqət yetirmədiyi və bilmədiyi nüanslara diqqət yetirəcəyik. Söhbət İsrail xüsusi təyinatlılarının məhdud məkanda atəş açmaq mövzusunda (bu termin ingilis dilində “Close Quarters Battle” olaraq fərqləndirilir, abbreviaturası CQB-dir) ən vacib yazılmamış qanunlarından gedir.
CQB (Close Quarters Battle) və ya CQC (Close Quarters Combat) terminləri eyni mənanı ifadə edirlər – bu, hərfi mənada qapalı məkanlar – otaqlar, dəhlizlər, qalereya və .s yerlərdə yaxından atəş açmanı bildirir. Hər hansı Uzaq Şərq kəndində baş verən atışmanı da “yaxın döyüş” adlandırmaq olar, belə ki, oradakı yaşayış məntəqələrindən divarlar, qapı dəhliz və evlər ciddi şəkildə görüntünü və manevr üçün məkanı məhdudlaşdırır.
Davam etməmişdən öncə xatırlatmaq yerinə düşər ki, seriyada sadalanan döyüş qaydaları adətən adi hallarda unudulan və ya bir çoxlarının bilmədiyi davranış modelləridir.
3. Rəqibin diqqətini yayındırın
Bu taktikanın həyata keçirilməsi yalnız xüsusi bölmələrdə iş təcrübəsinin artması ilə qazanılan yüksək peşəkarlıq tələb edir. Rəqibin diqqətinin dağıdılması, yayındırılması, yaxud başqa sözlə desək, OODA tsiklı (observe – orient – decide – act və ya Azərbaycanca MDQH - müşahidə, diqqət toplama – qərar – hərəkət) CQB-nin əsas prinsiplərindən biridir. Bu taktikaya malik olmaq rəqibin təcrübəli olduğu hallarda xüsusilə vacibdir. Belə ki, adətən belə situasiyalarda digər vasitələr o qədər də effektiv olmur.
Adətən xüsusi təyinatlı atəş qrupların məşqlərində çox sadə, lakin effektiv metoddan istifadə edilir. Bu metodu qısa şəkildə “cinahdan üstələmək və zərbə endirmək” kimi təsvir etmək olar, onun iş mexanizmi isə belədir:
1. İlk növbədə bölmələrdən biri bir və ya bir neçə mövqedən ağır, avtomatk, yaxud snayper silahından atəş açır.
2. İlk atəşin açıldığı bir neçə dəqiqədən sonra digər bölmə asta şəkildə artıq möhkəmlənmiş rəqibin yanlarından birinə keçərək onu cinahdan atəşlə “narahat edir”.
3. Müxtəlif hücum bucaqlarından istifadə etməklə rəqib cəhdlərini müəyyənləşdirmək və öz müdafiə gücünü bir neçə fərqli hissəyə bölmək məcburiyyətində qalır. Bunun nəticəsi olaraq isə mühasirədə olan qrup avtomatik və razılaşdırılmamış şəkildə qarşısında gördüyü hər şeyə atəş açmağa başlayır.
4. Rəqibin müdafiəsini hissələrə parçalayaraq və mütəmadi olaraq onların başçısının OODA tsiklini pozaraq xüsusi təyinatlılar hücum gücünü azaldır və rəqibin onların fəaliyyətinə dərhal rekasiya göstərməsinə nail olurlar.
Bunu CQB-də necə istifadə etmək olar?
Hər şey çox sürətli baş verəndə hücuma qarşı müqavimət və müdafiə müxanizmi məhz yuxardakı ilə eyniləşir. Sadəcə daha peşəkar qruplar sağ qalmaq imkanını yüsəltmək üçün bir qədər dəyişdirilmiş prinsipdən yararlanırlar.
Rəqibin diqqətinin yayındırılması qapalı məkana daxil olmağın daha məşhur variantları ilə daha çox uğur qazandırır. Məsələn, xüsusi təyinatlı qrupdan bir döyüşçü “tələ yemi” kimi istifadə edilir – o, cəld surətdə daha öncə razılaşdırılmış istiqamətdə irəliləyərək rəqibin diqqətini öz fəaliyyəti və ya səsi ilə yayındırır. Beləliklə, həmin an müəyyən sektorları nəzarətdə saxlayan rəqib cəld surətdə diqqətini sürətli hərəkət edən hədəfə yönləndirir. Birinci döyüşçünün hərəkəti ilə paralel olaraq ikinci döyüşçü gizlindən hücuma keçir. Belə fəaliyyətin nəticəsi olaraq isə rəqib şüuraltı şəkildə OODA tsiklını bərpa etməyə çalışır, lakin hər növbəti təhlükə mənbəyinin meydana çıxması ilə diqqət daha da yayındırılır.
CQB-nin daha bir taktikasını fərqləndirmək olar. Bu taktikadan adətən az işıqlandırılmış və ya təmamilə qaranlıq şəraitdə istifadə edilir. Belə şəraitdə bir döyüşçü otağa daxil olaraq güclü işıq mənbəyi ilə rəqib istiqamətində irəliləyir, buna paralel olaraq isə qrupun digər nümayəndələri işıqsız şəkildə paralel hücum xətti vasitəsilə otağa daxil olurlar. Fənər elə bucaq altında yönəlməlidir ki, qrup otağa daxil olanda rəqibdən təmamilə gizlənməsi mümkün olsun. Adətə rəqibin diqqəti belə hallarda bütövlükdə işıq mənbəyinə yönəlir və o, kor insandan fərqlənmir.
Növbəti videoda siz hücumçu qrupun “L” hərfi formasında olan tağa daxil olmasını görə bilərsiniz. Kameralar rəqib istiqamətindən quraşdırılıb.
İsraildə hətta polislər də açıq məkanda, məsələn, dayanacaqda söhbətləşmək və ya kimisə izləmək fəaliyyəti üçün bu metodika üzrə təlimatlandırılır. Zabitlər təhlükə hiss edən kimi və ya qarışıq vəziyyət yarandıqda onlar diqqətin yayındırılması taktikasından istifadə etməklə (aşağıdakı şəkil) cinahlarla hərəkət edir və məsafəni azaldırlar. Bunun nəticəsi olaraq bir şəkil ikiyə bölünür və rəqib qərar qəbul etməklə bağlı şübhəyə dalır, beləcə OODA tsikli pozulur.
Diqqətin yayındırılması taktikasına müqavimət göstərmək üçünsə növbəti metodikadan istifadə edilir – komandan üzvü olan bir yoldaş danışmağa, qışqırmağa, oxumağa, diqqətçəkici jestlər etməyə başlayır, beləcə çox zəngin verbal və vizual məlumat axını yaranır. Buna paralel olaraq isə digər yoldaş sakitliyi qoruyaraq hədəfi və vəziyyəti qiymətləndirir, gizli yerlər və cinahları istifadə edərək, daha səmərələri atəş açma bucaqları seçərək maksimal şəkildə öz “danışqan” həmkarını rəqibin atəşindən qorumağa çalışır. Nəticədə döyüşçü lazımsız məlumatlara diqqət yetirməmək və qərar qəbul etməyə az vaxt xərcləyir. Məhz bu iki aspekt “müşahidə - diqqət toplama – qərar vermə - fəaliyyət” tsiklinin uğurla həyata keçirilməsini təmin edir. Kim bunun öhdəsindən daha yaxşı gəlirsə, o da qalib gəlir.
Nəticə çıxaraq: rəqibin diqqətinin yayındırılması və ya adətən bunun bəzi dairələrdə adlandırıldığı kimi, “dovşanı işə salmaq” adi insani imkanlar çərçivəsində, daha da dəqiqləşdirsək, imkanları hüdudları yaxınlığında yerləşən bacarıqlardır.
Bonus olaraq İsrail xüsusi təyinatlılarının dərsliklərindən daha bir çıxarışla tanış olaq. İki atəş qrupuna iki istiqamətdən – hava (məsələn, helikopterlə) və yerdən (məsələn, yük maşını ilə) eyni zamanda həyata keçirilən hücum situasiyası təsəvvür edin. Rəqib hücumu hansı tərəfdən “boğmaq” barədə qərar verənədək hücum qrupu artıq içəri daxil olur və binanı təmizləyir.
4. Diziniz üzərində oturmayın
Ən azından buna zərurət olmadığı hallarda diz üstə oturmaqdan yayınmaq lazımdır. Bu qayda yalnız yaxın məsafədən döyüşün tikili və ya bina içərisindəki növündə həyata keçirilən işə aiddir.
İsrail Müdafiə Ordusunda (SAHAL) CQB-nin ilk dərsi piyada döyüşçüləri üçün yaxın məsafədən döyüşü baza proqramı – künclər və düzbucaqlı otaqda döyüşün aparılmasıdır. Orada belə bir standart var: əsgər öz mövqeyinə çatan kimi orada dizi üzərinə oturur (və ya dizi üzərində durur), bu, şərti rəqib tərəfindən atılan güllələrdən yayınmaq üçündür. Lakin illərlə bu metodika təlimatçılar tərəfindən proqramdan tədricən çıxarıldı. Aydın oldu ki, bu çox axmaqca və potensial olaraq təhlükəlidir. Yaxın döyüş şəraitində dizi üzərinə durmaq özünə ölüm fərmanı imzalamaqdır.
Bu problemi fərqləndirmək niyə vacibdir? Çünki döyüş sahəsində taktikanın həyata keçirilməsi və sağ qalmağa öyrədən taktikaların böyük əksəriyyətində tələbələr diz üzərində durur və 3 metr məsafədə gedən atışmada güllədən yayınmağa çalışırlar.
Diz üzərində durmağın ən ümumi problemlərini belə səciyyələndirmək olar:
a) Yaralar
Yaralara keçməzdən öncə çox qısa şəkildə xüsusi təyinatlılarda adətən təhlükəni ayırd etmək üçün istifadə edilən “trigger” və “svitç” zonalar arasındakı fərqləri aydınlaşdıraq.
“Trigger zone” sinə və ondan aşağı olan hissələrdir. Adətən bu “Trigger” adlandırılası həmin zonaya atılan güllənin reaksiyalar zənciridir (qanaxma, hərəkət etmə qabiliyyətinin və huşun itirilməsi), lakin ölüm deyil. Bu, təhlükəni bütövlükdə aradan qaldırmayacaq, lakin arzuolunana çatmaqla nəticələnəcək.
“Switch zone” (söndürmə zonası) boğaz və ondan yuxarı hissələrdir. Bu hissəyə bir düşmə bir qayda olaraq ölümlə nəticələnir.
Yaralara qayıdaq. Diz üzərinə duraraq döyüşçü yalnız öz mobilliyini itirmir, həm də öz “trigger” zonasını “söndürmə” zonası ilə əvəzləyir. Təsəvvür edin, bu nə ilə nəticələnəcək?
b) Mobilliyin itirilməsi
İsrail xüsusi təyinatlılarında CQB təlimləri adətən boş, düzbucaqlı və bir-iki qapısı olan otaqlarda keçirilir. Lakin yaxın döyüş reallığı bundan çox fərqlənir. Dəhliz və xeyli sayda qapılarla istənilən anbar, ev və ya zirzəmidə rastlaşa biləcəyimiz bir neçə qapalı məkanda komandadan maksimal şəkildə tez qərar qəbul etmək tələb olunur. Bununla belə, diz üzərində oturmaqla görüntü sahəsi xeyli sahədə azalır və statik, dəyişməz görüntü alır, reaksiyaya sərf olunan zamanın müddəti isə artır. Mobillik uğurun açarıdır.
c) Əlavə detallar
Otağı rəqibdən “təmizləyərkən” dizi üzərində dayanan qrupların səhvə yol verdikləri bir sıra səhvlər də var:
- adətən silah-sursat stol, şkaf, dolabça və digər interyer detallarına ilişir;
- hərəkətdə olan komanda yoldaşları ilə vizual rabitə itirilir;
- döyüşçü güllədən yayına biləcəyi yerləri tərk etməklə bağlı israr edir;
- insanın qorxduğu və ya özünə kömək etməsinin zəruri olduğu şərait yarandıqda onun etdiyi sonuncu şey sakitləşmək və gözləmək olur.
Nəticə müəyyənləşdirək: bir çox hallarda yaxın məsafədə döyüşdə diz üzərinə oturmaqdan yayınmaq (yalnız təhlükənin dəqiq bilinmədiyi bir sıra hallarda buna yol vermək lazımdır, məsələn, təhlükənin qapı arxasında olub-olmaması bilinmədikdə) lazımdır. Lakin CQB-də diz üzərinə durmamağın başlıca səbəbi rəqibin hədəfi olaraq sizin zirehli gödəkçəniz yerinə başınızın olmasının qarşısını almaqdır.