Sağ cidbən sol cibə: Ermənistanda ordu xalqın ümidinə qalıb

2018/03/01-9457567_1519983576.gif
Oxunub: 2400     18:00     02 Mart 2018    
Son vaxtlarda Ermənistan ordusunun paltaryuyan maşınlar, tuf daşları və istifadə olunmuş təkərlərlə təmin edilməsinə dair "Facebook"da müxtəlif xeyriyyə təşəbbüslərinə rast gəlirik.

Bu proses faktiki olaraq Ermənistanda dövlətin, dövlət zehniyyətinin və effektiv idarəetməsinin olmamasını göstərir. Aydındır ki, ümumiyyətlə ordu obyektiv səbəblərə görə yalnız dövlət büdcəsi ümidinə qala bilməz. Bunun üçün beynəlxalq normalar var və Ermənistan da silahlı qüvvələrə dövlət ayırmalarını məhdudlaşdıran beynəlxalq öhdəliklərə malikdir. Digər tərəfdən ölkəmizin Silahlı Qüvvələrinə xərclərini nəzərə alarsaq, Ermənistan büdcəsinin ordu tələblərini tam ödəyə bilməyəcəyini görərik.

Lakin Ermənistan hakimiyyət orqanlarının bu obyektiv səbəbləri iqtisadiyyatın oliqarx sisteminin saxlanılması və iqtisadiyyatın inkişaf etdirilməməsinə fürsət verir. Bu baxımdan, Sarkisyan hakimiyyəti müharibə və ordunu uzun illərdir kölgə iqtisadiyyatının pis modelini saxlamaq üçün motivasiya edib.

İddia edilirdi ki, erməni oliqarxlar "qara qutu"ya ödənişlər edir və buradan Ermənistan silahlı qüvvələrinə maddi təminat ayrılır. 2016-cı ilin aprel döyüşlərində biz bu mifin iflasını gördük. Ermənistan ordusu indi olduğu kimi, o zaman da hərbi-texniki avadanlıqlar baxımından müharibəyə hazır deyildi. Erməni oliqarxiyası, imicinə görə, sadə dillə desək dövlət zehniyyətinə malik deyil və onlar dövlətə kömək etməkdən daha çox erməni xalqından və ordudan oğurlamaq üçün formalaşdırlmış sistemdir. Digər tərəfdən, biz dəfələrlə Ermənistan ordusunda korrupsiya yolu ilə mənimsəmələrin olmasını qeyd etmişik.

Erməni oliqarxların bir çoxlarının villa, möhtəşəm avtomobilləri və püskürən həyatları korrupsiyanın təzahüredici amilidir. Bir sözlə, Ermənistan hökuməti ordu sahəsində səmərəsiz bir siyasətə malikdir. Aldadıcı və qeyri-prinsipial Sarkisyan hakimiyyəti "Xalq-Ordu" mifalogiyasını "1000 dram" qanunverici təşəbbüsü səviyyəsinə endirərək, ordunu ucuz bir məişət mövzularına çevirib.

Yaralı bir erməni əsgərinin tibbi xidmətinin həlli və ordu üçün bir paltaryuyan maşının alınması məqsədi ilə, ödənilmiş vergilərdən başqa, Sarkisyan hakimiyyəti erməni xalqının sağ cibinə, sonra isə sol cibinə "qanun"la daxil olursa, bu yalnız fırıldaqçılıq hesab olunmur. Bu konsolidasiya simvolundan bəhanə edilərək, hakimiyyət orqanlarının erməni xalqını talan etməsidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Korrupsiya  


Bizi "telegram"da izləyin