“Taliban”dan növbəti hücum: 9 polis, 13 qiyamçı ölüb

2018/02/456456456_1519125506.jpg
Oxunub: 3516     19:16     20 Fevral 2018    
Əfqanıstanın Fərəh vilayətində “Taliban” qiyamçılarının hücumu nəticəsində 9 polis həlak olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə vilayət rəhbərliyinin mətbuat katibi Məhəmməd Nəsir Mehri bildirib.

Onun sözlərinə görə, dünən gecə saatlarında xeyli sayda silahlı şəxs Bala Bölük rayonundakı təhlükəsizlik postlarına qarşı koordinasiyalı hücuma keçib. 9 polisin ölümünə səbəb olan hücuma qarşılıq verən təhlükəsizlik qüvvələri ən azı 13 qiyamçını məhv edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Taliban   Əfqanıstan   Hücum  


Bizi "telegram"da izləyin