Ərdoğan: “Yaxın günlərdə Afrini dövrəyə alacağıq”

2018/02/1459783662_erdogan-4-aprel456_1516102523345_1516816773456456_1519123894.jpg
Oxunub: 3607     18:49     20 Fevral 2018    
“Türkiyə Silahlı Qüvvələri yaxın günlərdə Suriyanın Afrin şəhərini dövrəyə alacaq”.

Ordu.az “Yeni şafak” nəşrinə istiandən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“Yaxın günlərdə Afrini dövrəyə almaq məqsədilə onun mərkəzinə doğru hərəkəti sürətləndirəcəyik. Bununla da xaricdən dsətəyin qarşısı alınacaq. Onda heç kəs heç bir üsulla bizə mane ola bilməyəcək. Beləliklə, Türkiyənin cənub sərhədlərində terror dəhlizi yaratmaq istəyənlərə bunun elə də asan olmadığını göstərəcəyik”, - deyə Ərdoğan bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin