Ordu.az “National İnterest”ə istinadən xəbər verir ki, YHÖMQ əksəriyyəti Amerika istehsalı olan geniş çeşidli təyyarəyə sahibdir. Lakin Yaponiyanın yerli texnologiya sənayesi bu təyyarələr üçün xeyli yeniliklər istehsal edib. Bu isə onları bəzi aspektlərdə originaldan daha güclü hala gətirib. Onlar həm də çox azsaylı ölkələrdən biridir ki, hələ də qocaman F-4 “Phantom II” qırıcılarını istifadə edirlər. Bunlar həmin qırıcılardır ki, Birləşmiş Ştatlar sonuncu dəfə Vyetnam müharibəsində istifadə edib.
YHÖMQ özünün üç missiyasının olduğunu bildirir: Hava müdafiəsi, böyük fəlakətlər kimi müxtəlif situasiyalara cavab və təhlükəsiz mühitin qurulması. Birinci missiyanın yerinə yetirilməsi üçün YHÖMQ təqribən 260 ön cəbhə qırıcıya sahibdir.
Bu təyyarələrin böyük hissəsi Amerika istehsalı F-15C “Eagle”ların (Qartal) yerli versiyası olan F-15J-lərdir. “Mitsubishi Heavy İndustries” bu vaxta qədər həmin təyyarələrdən 199 ədədini YHÖMQ-yə təhvil verib. Yaponiya həm də lisenziya ilə F-15 istehsal edən yeganə dövlətdir. Yapon F-15-lərin müxtəlif elektron müharibə və daxili əks-tədbir təchizatına malikdir. Bundan başqa onun yapon qurudan idarəedilən raketlərlə işləyən dataəlaqəsi var. Qırıcının nüvə çatdırma təchizatı yoxdur. Modernləşdirilmiş F-15J-lərin yeni radarları var. Bu radarlar yerli məhsul olan AAM-4 hava-hava raketlərini dəstəkləyir. AAM-4 geri dönmək üçün artırılmış skan sürəti və dəqiqliyi olan AESA radarlarından istifadə edilən ilk hava-hava raketidir. Həmçinin Onlar yeni AAM-5 qısa mənzilli raketlə interfeysə malik dəbilqənin quraşdırıldığı nişangaha sahib olacaqlar. Beləliklə pilot raketi sadəcə baxmaqla düşmən təyyarəsinə göndərəcək. Bu imkanlar Rusiya və Çinin Su-27 və Su-20-larına uyğun gəlir. Amerika AIM-9-larından fərqli olaraq, yaponların AAM-5-i dartı qüvvəsinin artırılması üçün Rusiyanın qısa mənzilli raketlərindəki kimi qabaqcıl texnologiyadan istifadə edəcək. AAM-5 həm də NEC firması tərəfindən istehsal edilən təkmilləşdirilmiş aşkaredicidən istifadə edir. Yaponiya HHQ təxminən 200 ədəd F-15J yerləşdirib. Bunun yarısı modernləşdirilib, digər yarısı isə hələlik köhnə versiyada qalmaqdadır.
YHÖMQ həm də bir çox gizlilik xüsusiyyətlərinə görə yenilənmiş F-16-ya oxşayan “Mitsubishi”nin F-2-lərindən istifadə edir. F-2-nin daha böyük mühərrik qəbuletmə, AESA radarı var. YHÖMQ bu vaxta qədər 100-dən bir qədər az F-2 yerləşdirib. Yaponiya filotiliyasının bir hissəsi də F-4EJ “Phantom II” qırıcılarıdır. Bunların bir hissəsi RF-4EJ kəşfiyyat konfiqurasiyalıdır. Yaponiyanın xidmətində əlliyə yaxın “Phantom” qalmaqdadır.
F-4-ləri əvəzləmək üçün YHÖMQ F-35A qırıcıları alır. YHÖMQ-nin planına görə, F-35A F-4-ləri tam şəkildə əvəzləməlidir. Yenilənmiş F-15-lər bir az da təkmilləşdiriləcək. Modernləşdirilməmiş F-15-lər isə ya F-35B-lər, ya da yerli istehsallı qırıcılarla əvəzlənəcək. F-2-lər yeni yapon dizaynları ilə əvəzlənmək ərəfəsindədir.
YHÖMQ E-2C və E-2D “Hawkeye AWACS” təyyarələrindən ibarət kiçik bir filotiliya da yerləşdirib. Dəniz patrulu YHÖMQ tərəfindən deyil, Yaponiya Dəniz Özünü Müdafiə Qüvvələrinin P-3 “Orion” təyyarəlri tərəfindən həyata keçirilir. Humanitar yardım, fəlakətlərə cavab və hərbi yükdaşıma missiyalarının həyata keçirilməsi üçün YHÖMQ “Kawasaki” C-1 və C-2 transport təyyarələrindən istifadə edir.
Bütün bunları nəzərə alsaq, YHÖMQ Asiyada ən güclü hava qüvvələrindən biridir. Olduqca inkişaf etmiş yerli elektronika sektorundan faydalanan YHÖMQ hava müdafiə gücünün onurğa sütununu təşkil edən Amerika dizaynlarını təkmilləşdirərək dünyanın ən yaxşı avionik, radar və raketləri ilə təchiz edilib. YHÖMQ-nin F-35 kimi yeni nəsil Amerika dizaynı ilə nələrə nail ola biləcəyini isə sadəcə xəyal edə bilərik.
Ağalar Ağalarlı
Ordu.az