Yəmən ordusu Sədada 3000 mina zərərsizləşdirib

2018/02/765_1519117103.jpg
Oxunub: 1781     17:52     20 Fevral 2018    
Yəmənin Səda vilayətindəki Məndaba rayonunun müxtəlif hissələrinə husilər tərəfindən yerləşdirilmiş 3 minə qədər mina və partlayıcı quru zərərsizləşdirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yəmən ordusunun mühəndis diviziyasının rəhbəri leytenant Sultan Şəmsan bildirib.

Şəmsanın sözlərinə görə, əməliyyat təxminən 10 kilometrlik ərazini əhatə edib. Bu ərazilər bir müddət əvvəl husi qiyamçılarından azad edilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   Husilər  


Bizi "telegram"da izləyin