Livan ordu komandanı: "Ordumuz suverenliyin qorunması üçün hər şeyə hazırdır"

2018/02/fdcbd69eb0e53ec9b56eb64946fee6ed34534_1519116517.jpg
Oxunub: 1351     16:44     20 Fevral 2018    
“Livan ordusu ölkənin suverenliyini qorumaq üçün bütün mümkün üsullardan istifadə etməyə hazırdır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Livan ordusunun komandanı İmad Aun 8-ci regional konfransın açılışında bəyan edib.

“Bu gün bu tribunada dayanaraq bir daha təsdiq edirəm ki, biz bütün mümkün üsullarla ölkənin suverenliyin qoruyacağıq. İtkilərimiz və qurbanlarımızın necə və neçə olmasının fərqi yoxdur, ölkənin suverenliyi hər şeydən vacibdir”, - deyə Aun bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan-ordusu   İmad-Aun  


Bizi "telegram"da izləyin