Gerasimov ABŞ səfiri ilə "qaynar münaqişə"ləri müzakirə edib

2018/02/751_1519109661.jpg
Oxunub: 2670     14:51     20 Fevral 2018    
Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ-ın Rusiyadakı Sədiri Con Hantsman arasında görüş baş tutub.

Ordu.az Nation-news.ru saytına istinadən xəbər verir ki, bu barədə Vaşinqtonun Moksvadakı diplomatik missiyası məlumat yayıb.

Məlumata əsasən tərəflər Ukrayna, Suriya, KXDR və Əfqanıstanla bağlı məsələləri müzakirə ediblər.

Gerasimov və Hantsman həmçinin strateji stabillik məsələsi barədə də dialoq aparıblar.

Görüş çərçivəsində Hantsman qeyd edib ki, Amerika-Rusiya münasibətləri hazırda aşağı səviyyədədir və onlar arasında qarşılıqlı etimad mövcud deyil, lakin ümumi dialoq məqamlarını artırmaq və hər iki tərəfi maraqlandıran məsələlərə aydınlıq gətirmək labüddür.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gerasimov   Hantsman   Münaqişələr  


Bizi "telegram"da izləyin