"Vaşinqton Moskvaya qarşı NATO-dan istifadə edir" - Yevseyev

2018/02/456456_1518780760.jpg
Oxunub: 2862     19:32     16 Fevral 2018    
“Birləşmiş Ştatlar Şimali Atlantika Alyansını alət kimi istifadə edir, məqsəd isə Rusiyanı yeni silah yarışına daxil etməkdir”.

Ordu.az “TASS” informasiya agentliyinə istinaədn xəbər verir ki, bu fikirləri Rusiya Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktor müavini Vladimir Yevseyev səsləndirib.

“NATO üzvləri zəiflikləri və kifayət qədər silahları olmaması barədə iddialar irəli sürürlər. Bunlar hamısı sadəcə hərbi gücün artırılması üçün bəhanədir. Alyansın onurğa sütununu təşkil edən Birləşmiş Ştatlar isə Rusiyanı yeni silah yarışına cəlb etmək üçün fürsət axtarır. Rusiya bunlara qarşılıq olaraq assimetrik tədbirlər görməlidir. Çünki biz birbaşa cavab versək, mütləq ki, bu yarışa girəcəyik”, - deyə Yevseyev bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   NATO  


Bizi "telegram"da izləyin