Yeni nəsil MiQ-35-in sınaqları başa çatıb

2018/02/11877236456_1518778178.jpg
Oxunub: 2740     18:48     16 Fevral 2018    
Rusiya şirkəti “MİG Aircraft Corporation” yeni nəsil MİQ-35 çoxməqsədli qırıcının istehsalat sınaqlarını başa çatdırıb.

Ordu.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə korporasiyanın mətbuat xidməti məlumat yayıb.

“Rusiya Federasiyası Müdafiə Nazirliyinin sifarişi ilə istehsal edilən MİQ-35 çoxməqsədli qırıcının istehsalat sınaqları tamamlanıb”, - deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki, Rusiyanın dövlət silahlanma proqramında bu qırıcılarının 2020-ci ildə Rusiya Aviasiya Qüvvələrinə çatdırılması nəzərdə tutulur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   MİQ-35  


Bizi "telegram"da izləyin