Ankara: Münbicdə ABŞ və Türkiyə qoşunları birlikdə yerləşdirilsin
Oxunub: 2603
17:01
16 Fevral 2018
Türkiyə Birləşmiş Ştatlara YPG-nin Suriyada Fəratın şərqindən çəkilməsini və Türkiyə ilə ABŞ qoşunlarının Münbicdə birlikdə yerləşdirilməsini təklif edib.
Ordu.az “Daily Sabah”a istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan Türkiyə rəsmisi bildirib.
Məlumata görə, təklif hazırda Türkiyədə rəsmi səfərdə olan ABŞ Dövlət katibi Reks Tillersonla müzakirə edilir.