Rusiya XİN: “NATO-nun bəyanatları addımları ilə tutuşmur”

2018/02/456456_1518767628.jpg
Oxunub: 3576     15:52     16 Fevral 2018    
“NATO-nun ikitərəfli əlaqələrdə gərginliyi səngitmək üçün Moskva ilə birlikdə işləməyə hazır olduğu bəyanatı alyansın gerçək Rusiya siyasətini əks etdirmir”.

Ordu.az “TASS” informasiya agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko səsləndirib.

“NATO nümayəndələri həmişə Rusiya ilə konfrontasiya yaşamaq istəmədiklərini bildirirlər. Guya onlar bizlə gərginliyi azaltmaq üçün birlikdə işləməyə hazırdılar. Lakin NATO-nun son addımları bu ifadələrin həqiqəti yansıtmadığını göstərir. Hər keçən gün biz NATO-nun şərq qanadında hərbi imkanların gücləndirilməsi üzrə yeni qərarlar qəbul etdiyi ilə bağlı yeni xəbərlər alırıq”, - deyə Qruşko bildirib.

Qruşko NATO-nun müşahidə edilən addımlarının sadəcə “Soyuq Müharibə” ilə müqayisə oluna biləcəyini qeyd edib.

“Biz NATO-nun mövcud omayan bir təhdiddən müdafiə olunmaq üçün şərq qanadında gücləndiyini görürük. Bütün bunlar bizə “Soyuq Müharibə” dövrünü xatırladır”, - deyə diplomat əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   NATO  


Bizi "telegram"da izləyin