“Türkiyə üçün S-400-lə NATO sistemlərini birləşdirmək çətin olacaq” - Stoltenberq

2018/02/Stoltenberg645_1518764831.jpg
Oxunub: 3568     15:07     16 Fevral 2018    
“Rusiya istehsalı S-400 raket sistemlərini NATO-nun havadan müdafiə sistemlərinə inteqrasiya edilməsi Türkiyə üçün çətin olacaq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri NATO-nun baş katibi Yens Stoltenberq səsləndirib.

O, NATO-ya üzv ölkələrin Müdafiə nazirlərinin görüşündə Türkiyənin havadan müdafiəsi məsələsinin müzakirəyə qoyulduğunu bildirib.

“Biz S-400 komplekslərinin satın alınması məsələsini müzakirə etmişik, lakin daha çox vaxtımızı Türkiyənin havadan müdafiəsi və Avrosamla bağlı Franco-İtaliya konsorsium sazişinə sərf etdik. Bu sazişə əsasən müttəfiqlər üzv ölkələrdən bu sistemləri alacaq. Onlar anlaşma memorondumu imzaladılar”, - deyə Stoltenberq qeyd edib.

“Əlbəttə hər bir dövlət hansı havadan müdafiə sisteminin alınmasına özü qərar verir. Lakin alınan sistemin Alyansın havadan müdafiə sisteminə inteqrasiyası NATO üçün əhəmiyyətlidir. Avrosamın NATO sistemlərinə inteqrasiyası asandır. Lakin S-400-lərdə bu o qədər də asan olmayacaq”, - deyə Stoltenberq əlavə edib.

Qeyd edək ki, Türkiyə ötən ilin sentyabrında S-400-lərin alınması üzrə Moskva ilə müqavilə imzaladığını elan edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin