Tillerson Türkiyədə: “ABŞ Türkiyə ilə münasibətləri düzəltməyə çalışır”

2018/02/thumbs_b_c_6a3627ee2dcde5becb814edb89896ef734543_1518762624.jpg
Oxunub: 3655     14:28     16 Fevral 2018    
ABŞ Dövlət Katibi Reks Tillerson dünəndən etibarən Türkiyədə iki günlük səfərdədir. O, Suriya münaqişəsi üzrə gərginləşən ABŞ-Türkiyə münasibətləri qaydasına salmağa çalışır.

Ordu.az “Aljazeera”ya istinadən xəbər verir ki, Küveyt, İordaniya və Livana səfərini tələm-tələsik başa vuran Tillersonun təyyarəsi dünən axşam saatlarında Ankaraya enib.

O, burda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüş zamanı başda Suriya və İraq olmaqla, regional proseslər, terrorla mübarizə və ikitərəfli əlaqələr müzakirə edilib.

Təxminən 3 saat 15 dəqiqə davam edən görüş yerli saatla gecə 22:55-də başa çatıb. Tillersonun bu gün Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcəyi bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tillerson   ABŞ  


Bizi "telegram"da izləyin