Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən məhv edilən təxribatçı əsgər, 19 yaşlı Hayk Kalantaryan Ermənistanın Tavus vilayətinin Navur kənd sakini olub.
İşğal altında olan Qarabağda 1 il qulluq edən Kalantaryanın bir qardaşı və bir bacısı olduğu bildirilir.
Xatırladaq ki, dünən saat 13:50 radələrində, işğal altında olan Qarabağın cənub istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda təxribata cəhd edən erməni əsgəri 1998-ci il təvəllüdlü Hayk Razmik Kalantaryan məhv edilib.
Alpər Mövludoğlu
Ordu.az