ABŞ KXDR-ə münasibətdə yeni sərt və aqressiv sanksiyalar hazırlayır

2018/02/4643549324_1518017697.jpg
Oxunub: 1954     23:33     07 Fevral 2018    
“Vaşinqton Pxenyanın nüvə-raket proqramının sonlandırılması məqsədilə KXDR-ə münasibətdə yeni sərt sanksiyalar paketi hazırlayır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Maykl Pens Yaponiya baş naziri Sindzo Abe ilə görüşün nəticələri ilə bağlı çıxışı çərçivəsində bəyan edib.

“ABŞ yaxın zamanlarda KXDR-ə münasibətdə ən sərt və aqressiv iqtisadi sanksiyaları açıqlayacaq. Biz onlar nüvə silahı və ballistik raketlərin hazırlanması proqramından imtina edənədək Pxenyanı təcrid edəcəyik”, - deyə Pens bildirib.

O qeyd edib ki, Vaşinqton və Tokio da daxil olmaqla onun müttəfiqləri Şimali Koreyaya maksimal təsir göstərməyə davam edəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KXDR  


Bizi "telegram"da izləyin