Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.
Yeni anqar Müdafiə İnfrastruktur Təşkilatı ilə bağlanan 70 milyon dollarlıq müqavilə çərçivəsində tikilib. 24 min kvadratmetr ərazisi var. O, eyni zamanda 3 “Atlas” təyyarəsinə xidmət göstərə bilər.
Britaniya HHQ üçün “Airbus Müdafiə və Kosmos” şirkətinə 22 ədəd “Atlas” təyyarəsi sifariş verib. Bunların 18-i artıq qəbul edilib. Bütün təyyarələrin 2022-ci ilə qədər çatdırılacağı gözlənilir.
Ağalar Ağalarlı
Ordu.az