Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təşkilatın bu qərarına sərt reaksiya verən Pentaqon onların beynəlxalq koalisiyanın yardımından məhrum ediləcəyini bildirib.
SHŞ-nin Afrində əməliyyata davam edən Türkiyəyə qarşı terrorçulara dəstək verəcəyini elan etməsindən sonra Pentaqonun mətbuat katibi Erik Pahon məsələyə münasibət bildirib.
“Biz onların dəstəyini nəzərdən keçirərək, niyyətlərini müəyyənləşdirməyə və onlarla danışmağa çalışacayıq. Əgər onlar qərarlarından dönməsələr onları qəti şəkildə dəstəkləməyəcəyik”, - deyə Erik Pahon bildirib.
Ağalar Ağalarlı
Ordu.az